Dünya
Gürcüstan prezidenti “erməni soyqırımı” tədbirlərində iştirak etməyəcək
Gürcüstan prezidenti Georgi Margvelashvili aprelin 24-də Ermənistanın iddia etdiyi “erməni soyqırımı”nın 100 illiyinə həsr edilmiş tədbirdə iştirak üçün Yerevana getməyəcək.
Milli.Az "Azadlıq Radiosu"na istinadən bildirir ki, bu barədə Gürcüstan prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri Tenigiz Pkhaladze aprelin 21-də keçirdiyi brifinqdə məlumat verib.
O qeyd edib ki, Belarus prezidenti Aleksandr Lukashenka aprelin 22-24-də Gürcüstanda rəsmi səfərdə olacaq, buna görə də Margvelashvili Yerevana gedə bilməyəcək.
Ermənistan Osmanlı imperiyası dövründə bu ölkədə ermənilərin soyqırıma məruz qaldığını iddia edir.
Türkiyə həmin dövrdə xarici qüvvələri təhriki ilə Osmanlı İmperiyasında vətəndaş müharibəsi olduğunu, hər ermənilərdən, həm də türklərdən çox sayda insanın qətlə yetirildiyini bildirir.
Bu Ermənistan həmin hadisənin 100 illiyini qeyd edir.
Milli.Az