Dünya
Gürcüstan baş nazirinin üçüncü oğlu dünyaya gəlib
[ 08 Aprel 2015 12:40 ]
Bakı – APA. Gürcüstan baş naziri İrakli Qaribaşvilinin üçüncü oğlu dünyaya gəlib.
APA-nın yerli mətbuata istinadən verdiyi məlumata görə, xəbəri Gürcüstan baş nazirinin mətbuat xidmətindən təsdiqləyiblər.
Uşaq aprelin 7-də saat 23.30-da dünyaya göz açıb. Valideynlər ona Qabriel adı veriblər.