Dünya

Gürcülərin 36%-i Azərbaycanı özlərinin əsas müttəfiqi hesab edir

Metbuat.az

Bakı. 2 aprel. REPORT.AZ/ Gürcüstan əhalisinin üçdə birindən artıq hissəsi Azərbaycanı ölkələrinin əsas müttəfiqi hesab edir.


"Report" "Novosti-Qruziya"ya istinadən xəbər verir ki, bunu Gürcüstanda keçirilən sorğunun nəticələri göstərir.


Belə ki, gürcülərin 36%-i Azərbaycanı özlərinin əsas müttəfiqi hesab edir. Birinci yerdə əsas müttəfiq kimi isə ABŞ qeyd olunub (39%).


Bundan başqa, sosioloji tədqiqata əsasən, 67% gürcü Rusiyanın Gürcüstana qarşı təcavüzünün davam etdiyini hesab edir. 


76% respondent Rusiyanı Gürcüstan üçün ən təhlükəli ölkə kimi göstərib, 18%-i isə onu ən vacib tərəfdaş hesab edir.