Dünya

Gümrüdə müxalifətçilər həbs edilirlər

Metbuat.az

Bu gün Ermənistanın Gümrü şəhərində "Təsis parlamenti" Hərəkatının koordinatoru Aram Akopyan saxlanılıb.



Trend

-in "News.am"a istinadən verdiyi məlumata görə, A.Akopyan qanunsuz silah əldəetmə və saxlamaqda ittiham olunur. İstintaq davam edir.



Qeyd edək ki, Ermənistanın Təhqiqat Komitəsi 4 nəfərin aprelin 24-də keçiriləcək "soyqırım" tədbirləri zamanı kütləvi iğtişaşlar hazırlamaq faktı əsasında saxlanıldığını açıqlamışdı.



Cinayətdə şübhəli bilinərək saxlanılan Varujan Avetisyan, Pavel Manukyan, Gevork Safaryan və Jirayr Sefilyan müxalif "Təsis parlamenti"nin üzvləridir.



Milli.Az