Digər
Güləş Federasiyası yenidən formalaşdırıldı
Bu gün Azərbaycan Güləş Federasiyasının konfransında quruma rəhbər işçilərin adları açıqlanıb.
Lent.az-ın məlumatına görə, Namiq Əliyev federasiyanın birinci vitse-prezidenti,
Cavanşir Qurbanov regionlar üzrə, millət vəkili Aydın Abbasov beynəlxalq əlaqələr üzrə, Elçin Cəfərov yunan-roma güləşi üzrə, Maqomed Umarov isə sərbəst güləş üzrə vitse-prezident seçiliblər.
Xatırladaq ki, E.Cəfərov, indiyədək yunan-roma güləşi üzrə yığma komandada baş məşqçi idi. Bundan sonra onu bu vəzifədə Bəhram Mürvətov əvəz edəcək. Bəhram Mürvətov bu vaxta qədər yığma komandada E.Cəfərovun köməkçisi vəzifəsində çalışıb.