Dünya

Gülənə Məsih dedilər

Metbuat.az

“Hizmət” hərəkatı lideri Fəthullah Gülən haqqında növbəti sənəd tapılıb.



ANS PRESS-in məlumatına görə, 17 və 25 dekabr böyük rüşvət əməliyyatlarından sonra Türkiyə hökumətilə üz-üzə gələn Fəthullah Gülən haqqında daha bir sənəd ortaya çıxarılıb. Bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti xəbər yayıb.



Bir müddət əvvəl F.Gülənin mason lojaları ilə əlaqələri barədə sənədlər təqdim edən qəzet bu dəfə İzmirdə moizəçi olduğu vaxt yəhudilərin onun haqqında dediyi fikirləri göstərən yazını çap edib.



Yazıda F.Gülən 17-ci əsrdə yaşamış Sebatay Sevi adlı din xadiminin evinə getməsindən, oradakı yəhudilərlə söhbətindən söz açır.



“Sebatay Sevinin İzmirdəki evinə getdim. İrqat bazarında dar bir küçənin axırında üç əsr əvvəl tikilmiş indi ziyarətgah olan bir tikilidir. Nərdivanları çıxdıqca divarlarda Hz.Musanın şəklini, içəridə ibadət üçün rəhləni və üzərindəki müqəddəs kitabları gördüm. Sebatay burada ibadət edirmiş. Bizə qonaqlıq verən İzmir Yəhudi Camaatı mənsubları onun həyatından məlumat veriblər” – deyə F.Gülən yazıb.



Bundan başqa o, oradakı yəhudilərin onun dərin imanlı olduğunu, hətta “sən bizim Məshimizsən” dediyini də vurğulayıb. Lakin, Gülən “mən Peyğəmbər əfəndimizin ümməti olaraq gəlmişəm” - deyib.



Qeyd edək ki, 2000-ci ildə Fəthullah Gülən haqqında cinayət işi açılıb. O, Türkiyə Cümhuriyyətini yıxmaq üçün silahsız terror dəstəsi qurmaqla günahlandırılır.

Mənbə
ANS PRESS