Dünya
AZƏRTAC
Güclü tornado ABŞ-ın Raşel şəhərciyini yerlə yeksan edib
Bakı, 10 aprel,
AZƏRTACSon 20 ilin ən güclü tornadosu hesab edilən qasırğa Amerika Birləşmiş Ştatlarının İllinoys ştatında dağıntılara və insan tələfatına səbəb olub.
AZƏRTAC
Vesti.ru saytına istinadla xəbər verir ki, tornado nəticəsində bir nəfər həlak olub, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu barədə məlumat yerli xilasetmə xidmətindən verilib.
Təbii fəlakət nəticəsində ən çox zərər görən yaşayış məntəqələri isə Raşel və Feyrdeyl şəhərcikləri olub. Raşel şəhərciyində qasırğa oradakı 50 evin hamısını yerlə yeksan edib.
Feyrdeylin yanğınsöndürmə xidmətinin başçısı isə şəhərcikdəki evlərin hamısına zərər dəydiyin, bir çoxunun tamamilə dağıldığını deyib.
Hazırda dağıdıcı tornadonun Çikaqo ştatı istiqamətində hərəkət etdiyi bildirilir.