Digər
Güclü fırtına iki nəfərin ölümünə səbəb olub
Balıqçı qayığı aşıb
Türkiyənin Baləkəsir vilayətinin Bandırma qəsəbəsində dənizdə güclü fırtına iki nəfərin ölümünə səbəb olub.
Lent.az-ın məlumatına görə, güclü fırtına nəticəsində balıqçı qayığı aşıb. Qayıqda olan üç nəfərdən biri çətinliklə olsa da, üzərək sahilə çıxa bilib, iki nəfər isə boğulub. Onlardan birinin meyiti sahilə çıxıb, digərinin cəsədinin axtarışları davam edir.