Ölkə

GUAM-da kibertəhlükəsizlik məsələləri müzakirə olunub

Metbuat.az

Bakı. 16 aprel. REPORT.AZ/ Aprelin 14-15-də

GUAM

katibliyində Ukrayna tərəfinin sədrliyi ilə İşçi qrupunun kibertəhlükəsizlik üzrə 2-ci iclası keçirilib. "Report" GUAM-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda təşkilata üzv dövlətlərin nümayəndə heyətləri iştirak edib. 


İştirakçılar kibertəhlükəsizlik probleminə dair məsələləri, o cümlədən milli qanunvericilik, operativ vəziyyət və bu sahədə informasiya mübadiləsi sahəsindəki problemləri müzakirə ediblər. İclasda Ukrayna tərəfinin hazırladığı Anlaşma Memorandumu layihəsi təqdim olunub.  


İşçi qrupunun növbəti iclası 2015-ci il oktyabr ayında Kiyevdə keçiriləcək.