Dünya
ANS PRESS
Gözlənilən dollar iclası baş tutdu
Türkiyə Mərkəzi Bankının Pul Siyasəti Heyəti gözlənilən iclasını keçirib.
ANS PRESS-in məlumatına görə, dolların ötən həftə ard-arda qırdığı rekordlardan sonra Mərkəz Bank faiz qərarını açıqlayıb.
Türkiyənin baş bankı iclasda lirənin əsas faiz dərəcəsini dəyişdirməyib. Faiz dərəcələri maksimum 10.75%, minumum isə 7.25% olaraq müəyyən olunub.
Qeyd edək ki, Türkiyə lirəsi ilin əvvəlindən bu yana dollara nisbətdə 15% ucuzlaşaraq tarixi rekorda imza atıb. Bankların da bu ucuzlaşmadan zərər gördüyünü deyən mütəxəssislər təxirəsalınmaz addımlar atmağın vacibliyini vurğulayıb.
Xatırladaq ki, hələ bir müddət öncə Türkiyə Mərkəzi Bankı bazara müdaxilə etmişdi. Mart ayında atılan bu addım dolların məzənnəsinə cidddi təsir etməmişdi.
MənbəANS PRESS