Ölkə

Göygöldə “Qələbə” park-abidə kompleksində yenidənqurma işləri aparılıb

Metbuat.az

Göygöl, 6 aprel,

AZƏRTAC

Göygöl rayonunda faşizm üzərində qələbənin 70 illik yubileyi ilə əlaqədar görülən hazırlıq işləri başa çatıb.


AZƏRTAC

xəbər verir ki, bu məqsədlə “Qələbə” park-abidə kompleksində geniş abadlıq və yenidənqurma işləri aparılıb. Parkın ərazisi bir qədər də genişləndirilib, əraziyə 7 min kvadratmetr tamet döşənib, 3 böyük fəvvarə quraşdırılıb. Parkda sakinlərin istirahəti üçün oturacaqlar qoyulub, uşaqlar üçün əyləncə mərkəzi yaradılıb. Abidənin ətrafı qranitlə üzlənib. Bundan başqa, ərazinin işıqlandırılması üçün müasir dirəklər də quraşdırılıb.