Digər

Göygöldə "Qazel" aşdı, ölən və yaralılar var

Metbuat.az
Göygöldə baş verən avtomobil qəzasında 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Kəpəz TV (Region TV) xəbər verir ki, hadisə bu gün səhər 8 radələrində Göygöl-Samux yolunun Xaqani kəndindən keçən hissəsində baş verib. 50 yaşlı, Şəmkir rayon sakini

Kəmaləddin Qafarov

Şəmkir istiqamətində hərəkətdə olarkən idaretməni itirib. Nəticədə "Qazel" yoldan çıxaraq aşıb. Qəzada 51 yaşlı, Şəmkir rayon Alabaşlı kənd sakini

Səfər Tağıyev

elə hadisə yerindəcə dünyasını dəyişib. Daha 2 nəfər isə ağır yaralanıb. Şəmkir rayon Könüllü kənd sakini, 47 yaşlı

Bahar Cəfərova

alın və burunun yumşaq toxumalarının əzilməsi, rayonun Könüllü kənd sakini, 51 yaşlı

Gülbəz Tanrıverdiyeva

bazu sümüyünün sınığı diaqnozu ilə Gəncə Şəhər TTYX-ya yerləşdirilib. Faktla bağlı araşdırmalara başlanılıb.



Milli.Az