Ölkə

Göygöldə ötən üç ayda 29 sahibkara uzunmüddətli güzəştli kreditlər verilib

Metbuat.az

Göygöl, 16 aprel,

AZƏRTAC

Göygöldə 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub.


AZƏRTAC

xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Arif Seyidov hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, qarşıya qoyulmuş vəzifələr uğurla yerinə yetirilib. Sənaye müəssisələrində 4 milyon manatlıq məhsul istehsal edilib. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 29 sahibkara 402 min manat uzunmüddətli güzəştli kreditlər verilib. Nəticədə 202 yeni iş yeri açılıb ki, bunun da 150-dən çoxu daimi iş yeri olub. Ötən illə müqayisədə süd istehsalı 209 ton, ət istehsalı 2 ton artıb. “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində 4 mindən çox ağac əkilib.


Yığıncaqda o da bildirilib ki, üç ay ərzində məktəb tikintiləri davam etdirilib, uşaq bağçaları, yollar təmir olunub. Faşizm üzərində qələbənin 70 illiyi ilə əlaqədar əsaslı şəkildə yenidən qurulan abidə-kompleksində işlər başa çatdırılıb.


Sonra hesabat məruzəsi ətrafında çıxışlar olub, qarşıda duran vəzifələrin həlli ilə əlaqədar müzakirələr aparılıb.