Ölkə

Göyçayda “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyində 434 məktəbli iştirak edib

Metbuat.az

Göyçay, 8 aprel,

AZƏRTAC

Gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi məqsədilə Göyçay Peşə Liseyində “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilib.


AZƏRTAC

xəbər verir ki, turnirdə rayonun 31 orta ümumtəhsil məktəbinin VIII-X sinif şagirdlərindən ibarət komandaları bacarıqlarını nümayiş etdiriblər. Yarışa ümumilikdə 434 məktəbli qatılıb. Məktəblilər sıra hazırlığı, maneələri dəf etmə, avtomatın sökülüb-yığılması, 100 metr məsafəyə qaçış, turnikdə dartınma, mülki müdafiə hazırlığı, sanitarların yarışı və digər mərhələlər üzrə qüvvələrini sınayıblar.


Yarışda Göyçay şəhər 1 saylı orta məktəbin komandası birinci, 3 saylı orta məktəbin şagirdləri ikinci, 4 saylı orta məktəbin “şahin”ləri üçüncü yeri tutublar. Birinci yeri tutan komanda aprelin 21-də Kürdəmirdə keçiriləcək “Şahin” hərbi-idman oyunlarının zona yarışında iştirak edəcək.