Göyçayda “PAŞA Sığorta” şirkətinin filialı açılıb
Göyçay, 17 aprel, Şahnəzər Bəşirov,
AZƏRTACÖlkənin ən böyük sığorta şirkətlərindən olan “PAŞA Sığorta” müştərilərin rahatlığını təmin etmək və onlara göstərilən xidmətin keyfiyyətini yüksəltmək məqsədilə Göyçayda yeni filialını açıb.
AZƏRTAC
xəbər verir ki, yeni filialda bütün sığorta xidməti növləri həyata keçiriləcək, həmçinin yeni sığorta şəhadətnaməsinin qeydiyyatı və sığorta hadisələri peşəkar nümayəndələr tərəfindən operativ həll olunacaq.
Açılış mərasimində bildirilib ki, “PAŞA Sığorta” şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” şirkəti korporativ və fərdi müştərilərə 31 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Nizamnamə kapitalı 50 milyon manat olmaqla “PAŞA Sığorta” kapitallaşma göstəricilərinə və riskləri özündə saxlama gücünə görə Azərbaycanın sığorta və təkrar sığorta bazarında öz liderliyini qoruyub saxlayıb və şirkətlər arasında ilk üçlükdə mövqelərini gücləndirib.