Digər
Göyçay sakini qaçırdığı avtomobillə yol qəzasına düşüb
[ 02 Aprel 2015 13:16 ]
Bakı. Fuad Cəfərov - APA. Göyçay sakini qaçırdığı avtomobillə yol qəzasına düşüb.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhər sakini Elşad Rəfiyevə məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb.
Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı cari il mart ayının 28-də avtomobilin Hacıqabul rayonunun Padar kəndində Göyçay rayon sakini Lətif Kərimov tərəfindən idarə edilərkən Ağdam rayon sakini Nazim Yolçuyevin idarə etdiyi “KamAZ” markalı avtomobillə toqquşması, L.Kərimovun xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılması və avtomobilin Kürdəmir rayonundakı cərimə meydançasına yerləşdirilməsi müəyyən edilib.