Ölkə

Görüşdə institut əməkdaşlarının sosial problemləri müzakirə olunub

Metbuat.az

Bakı, 20 aprel,

AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyəti Azad Həmkarlar İttifaqının (AHİ) sədri, professor İsa Alıyev və AHİ-nin üzvləri AMEA-nın Botanika İnstitutunda olublar.


İnstitutdan

AZƏRTAC

-a bildiriblər ki, əvvəlcə qonaqlar institutun otaq və laboratoriyalarını gəzərək əməkdaşların iş şəraiti, həmçinin burada yaradılan Botanika Muzeyi, zəngin herbari kolleksiyasının yeni infrastrukturu və Mərkəzi Nəbatat bağında keçiriləcək “Qızılgül” sərgisinin hazırlıq işləri ilə tanış olublar.


Sonra institutun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə ilə görüşən AHİ-nin üzvləri bu elm müəssisəsində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan işlər və bəzi problemləri müzakirə ediblər.