Mədəniyyət

Görkəmli avstriyalı bəstəkar Arnold Şönberqin əsəri azərbaycanlı bəstəkarın redaktəsində

Metbuat.az

Bakı, 22 aprel,

AZƏRTAC

Görkəmli avstriyalı bəstəkar Arnold Şönberqin “İntizar” monodramının bəstəkar, əməkdar incəsənət xadimi Fərəc Qarayevin redaktəsində Vyanada ifası davam edir.


AZƏRTAC

bəstəkarın saytına istinadla xəbər verir ki, aprelin 23-də, 25-26-da şəhərin “EMS Lounge” salonunda “Amadeus” ansamblı tərəfindən ifa ediləcək. Ansambla Volter Kobera dirijorluq edəcək. Solist Maqdalena Anna Hofmandır.


Xatırladaq ki, monodramın Vyanada premyerası aprelin 21-də olub.


Arnold Şönberqin böyük orkestr və soprano üçün yazdığı “İntizar” monodramını bəstəkar Fərəc Qarayev 2004-cü ildə instrumental ansambl və soprano üçün işləyib.