Ölkə

Goranboyda regional xalça sərgisi açılıb

Metbuat.az

Goranboy, 15 aprel,

AZƏRTAC

Aprelin 15-də Goranboyda ilk dəfə olaraq regional xalça sərgisinin açılışı olub.


Goranboy rayon mədəniyyət və turizm şöbəsinin müdiri Gündüz Hacıyev

AZƏRTAC

-a deyib ki, sərgidə Samux, Kəlbəcər, Xocalı rayonlarından, eləcə də Yevlax və Naftalan şəhərlərindən toplanmış 150-dən çox xalça, o cümlədən kilim, zili, cecim və digər xalça növləri nümayiş etdirilib.


Sərginin açılışında çıxış edənlər Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği sahəsində böyük işlər görən Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu istiqamətdə fəaliyyətindən danışıb, sərginin təşkilini yüksək qiymətləndiriblər.