Digər

Goranboy rayonunda avtomobil aşıb, yaralanan var

Metbuat.az

Goranboy rayonunda avtomobil aşıb bir nəfər yaralanıb.



Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə axşam saat 19 radələrində rayonun Dəliməmmədli qəsəbəsi ərazisində baş verib. Qəza nəticəsində Goranboy rayon sakini 22 yaşlı

Sərxan Abbasov

xəsarət alıb. Yaralı yaxınlarının köməyi ilə dərhal Gəncə şəhər TTYX- nın travmatalogiya şöbəsinə çatdırılıb. Yaralıya dərhal lazımı tibbi yardım göstəriblər. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirir.



Faktla bağlı araşdırmalara başlanılıb.



Milli.Az