Dünya

Girov prokuror öldü

Metbuat.az

İstanbulda girov götürülən prokuror xəstəxanada dünyasını dəyişib



ANS PRESS-in məlumatına görə, "Gəzi Parkı" hadisələrini araşdıran prokuror Mehmet Səlim Kirazın azad olunması polis xüsusi əməliyyat keçirən zaman o yaralanmışdı.



Onun baş nahiyəsindən 3, bədən nahiyəsindən isə 2 güllə yarası almışdı.



Xəstəxanada əməliyyat edilən prokurorun həyatını xilas etmək mümkün olmayıb.



Türkiyə mətbuatı Səlim Kırazı şəhid kimi təqdim edib.



Qeyd edək ki, İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) adlandırılan terror təşkilatının üzvləri prokuroru iş otağında girov götürmüşdü.



Girov götürülmüş prokuror Səlim Kiraz ötən il martın 11-də Türkiyədə kütləvi etiraz aksiyaları zamanı qətlə yetirilmiş Berkin Əlvanın ölümü ilə bağlı işi aparıb.

Mənbə
ANS PRESS