“Germanwings” təyyarəsində bomba həyəcanı
Uğursuzluqlar “Germanwings” aviaşirkətinin yaxasından əl çəkmir. Almaniyanın “Germanwings” aviaşirkətinə aid Köln – Milano reysi ilə hərəkət edən təyyarədə bomba həyəcanı yaşanıb.
ANS PRESS-in məlumatına görə, havaya qalxdıqdan bir müddət sonra bomba olması barədə xəbərdarlıq təyyarənin yenidən hava limanına qayıtmasına səbəb olub.
Bildirilir ki, təyyarədə olan 126 sərnişin təxliyyə olunub və onların yola davam etməsi üçün başqa bir təyyarə hazırlanır.
Bomba xəbərdarlığı olunan “Airbus A320” təyarısində isə axtarışlar davam edir.
Bundan əvvəl “Germanwings” aviaşirkətinə aid Köln – Venesiya reysi ilə hərəkət edən təyyarə yağ təzyiqinin azalması səbəbindən meydana gələn nasazlıq səbəbindən aprelin 6-da Stuttqart hava limanına məcburi eniş etmişdi.
Çartın 24-də isə yenə bu şirkətə aid Barselona – Düseldof reysi ilə uçan “Airbus A320” təyyarəsi Fransanın cənubunda qəzaya uğramış, 6 heyət üzvü və 144 sərnişin dünyasını dəyişmişdi. Qəzanın köməkçi pilot tərəfindən qəsdən törədildiyi bildirilmişdi.
Mənbə