Ölkə

Gənclərin İKT sahəsində bilikləri genişləndirilir

Metbuat.az

Bakı, 9 aprel,

AZƏRTAC

Aprelın 9-da Bakı Dövlət Universitetində (BDU) tələbə həmkarlar ittifaqı komitəsinin (THİK) təşkilatçılığı ilə gənclər arasında İKT biliklərinin inkişafı üzrə seminar keçirilib.


BDU-dan

AZƏRTAC

-a bildiriblər ki, "Gənclər arasında İKT biliklərinin inkişafı" adlanan layihə çərçivəsində təşkil olunan tədbirdə BDU-nun İKT klubunun rəhbəri Emil Vəliyev görülən işlərdən, qazanılan uğurlardan danışıb. Bildirilib ki, universitetdə tələbələrin İKT sahəsində yeni biliklər əldə etməsi üçün hər cür şərait yaradılıb.


Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov layihə haqqında məlumat verib, İKT-nin gənclərin həyatında oynadığı roldan, bu sahədə yeni meyillərdən danışıb. Qeyd olunub ki, bu gün Azərbaycanda azad internet var, gənclərin inkişafı üçün İKT-nin imkanlarından istifadə etmək məqsədi ilə bütün şərait yaradılıb.


İKT sahəsində təlimçi ekspert Aydınxan Əbilov informasiya kommunikasiya texnologiyaları, bloq fəaliyyəti, saytların idarə olunması, elektron təhsil, İKT sahəsindəki yeniliklər və müasir texnologiyalar barədə danışıb.


Təlimdə gənclərə təhsildə və peşəkar inkişafda İKT-nin yeni imkanlarından istifadə qaydaları, yeniliklər haqqında məlumat verilib.