Ölkə

“Gənclər və sabahın innovasiyalı iqtisadiyyatı” mövzusunda tələbələrin ikinci respublika konfransı

Metbuat.az

Bakı, 2 aprel,

AZƏRTAC

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) “Gənclər və sabahın innovasiyalı iqtisadiyyatı” mövzusunda ali təhsil müəssisələri tələbələrinin ikinci respublika konfransı keçirilib.


Akademiyadan

AZƏRTAC

-a bildirilib ki, AƏSMA-nın elmi işlər üzrə prorektoru, dosent Mobil Məcidov Azərbaycan təhsil sistemindəki yeniliklər, tətbiq edilən beynəlxalq standartlar, onların uğurlu nəticələri barədə danışıb, konfransın işinə uğurlar arzulayıb.


Plenar iclasda tələbələrin “Müasir şəraitdə Azərbaycanda innovasiya sisteminin formalaşması və inkişafı”, “Həmkarlar ittifaqına gənclərin baxışı: müasir reallıqlar, problemlər və yeni yanaşmalar” və “Biliklər iqtisadiyyatı və innovasiya” mövzularında məruzələri dinlənilib.


Sonra konfrans işini ayrı-ayrı bölmələrdə davam etdirib. Bölmə iclaslarında respublikanın 15 ali təhsil müəssisəsindən 72 tələbə məruzə ilə çıxış edib.


Tədbirin yekununda prorektor M.Məcidov qeyd edib ki, Azərbaycanın tərəqqisində və rəqabət qabiliyyətli iqtisadiyyatın sabitliyində, ölkəmizdə aparılan uğurlu dövlətçilik siyasətinin davam etməsində, qazanılmış nailiyyətləri əks etdirən gələcəyin təminində gənclərin xüsusi rolu vardır. Ona görə də gənclər daha çox oxumalı, yenilikləri öyrənməli, hərtərəfli biliklərə yiyələnməli, yeni innovasiyalardan xəbərdar olmalı, dərin və məntiqli mühakimələr yürütməyi bacarmalıdır.


Məruzələr münsiflər heyəti tərəfindən qiymətləndirilib, fərqlənən məruzəçilər mükafatlandırılıblar.