Ölkə
“Gənclər arasında azərbaycançılığın təbliğində dini maarifçiliyin rolu” layihəsinə start verilib
Bakı, 20 aprel,
AZƏRTAC
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclər arasında azərbaycançılığın təbliğində dini maarifçiliyin rolu” layihəsinin həyata keçirilməsinə başlayıb.
TUMİB-dən
AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi Bakı, Gəncə, Lənkəran, Şirvan və Qusarda azərbaycançılığın təbliğidir. Layihə çərçivəsində gənclər arasında multikulturalizm, dini maarifçilik və tolerantlıq, dini radikalizmə qarşı ideoloji maarifçilik işinin aparılması, xarici dini sektaların təsirindən qorunmaq üçün gənclərin maarifləndirilməsi və s. tədbirlərin keçirilməsi nəzərdə tutulur.