Digər

Gəncəli cibgir Şəmkirdə narkotiklə tutuldu

Metbuat.az

Kəpəz TV-yə (Region TV) verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, martın 31-də Şəmkir rayon Çaparlı kənd sakini

Fəzayıl Əliyev

in cibindən 170 manat pul oğurlamaqda şübhəli bilinən, Gəncə şəhər sakini, əvvəllər məhkum olunan

Sahib Hüseynov

saxlanılıb.



Polis əməkdaşları tərəfindən Sahib Hüseynovun üzərinə baxış keçirilən zaman ondan 167,26 qram narkotik vasitə olan marixuana götürülüb.  Hər iki faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır. Sahib Hüseynovun əməllərindən zərərçəkənlərin sayının artacağı istrisna olunmur.



Milli.Az