Ölkə

Gəncədə sərbəst güləş üzrə açıq şəhər birinciliyi keçirilib

Metbuat.az

Gəncə, 1 aprel,

AZƏRTAC

Gəncədəki Olimpiya İdman Kompleksində yeniyetmələr arasında sərbəst güləş üzrə açıq şəhər birinciliyi keçirilib.


AZƏRTAC

xəbər verir ki, 2001-2003-cü il təvəllüdlü idmançıların qatıldığı yarışda 15 çəki dərəcəsində 120 pəhləvan öz gücünü sınayıb.


Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən birincilikdə “Təhsil” Respublika İdman Mərkəzi Gəncə filialının yetirmələri ən yaxşı çıxış edərək yarışların qalibi olublar.