Ölkə

Gəncədə keçirilən qanvermə aksiyasında 200-dən çox şəhər sakini iştirak edib

Metbuat.az

Gəncə, 7 aprel,

AZƏRTAC

7 aprel - Ümumdünya Sağlamlıq Günündə Gəncədə qanvermə aksiyası keçirilib. Aksiyada 200-dən çox şəhər sakini qana ehtiyacı olan xəstələrə yardım edib.


Mərkəzi Qan Bankının Gəncə bölməsindən

AZƏRTAC

-a verilən məlumata görə, hazırda şəhərdə 300-dən çox hemofiliyalı və talassemiyalı xəstə var. Belə aksiyaların keçirilməsi ilə həmin xəstələrin qana olan ehtiyacı qismən ödənilir.