Ölkə
Gəncədə “İntellekt kuboku” adlı bilik yarışı keçiriləcək
Gəncə, 22 aprel,
AZƏRTACGəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə Gəncədə məktəblərarası “İntellekt kuboku” adlı bilik yarışı keçiriləcək. Əsasən 6, 7 və 8-ci sinif şagirdlərinin iştirak edəcəyi yarışda 16 məktəb komandası təmsil olunacaq.
“Odlar Yurdu” Gənclər İctimai Birliyinin rəhbəri Nigar Ələsgərova
AZƏRTAC-a deyib ki, yarışın keçirilməsində əsas məqsəd şagirdlərin intellektual inkişafına və dünyagörüşünün formalaşmasına dəstək olmaqdır. Kubok iki mərhələdə keçiriləcək.
Aprelin 29-30-da reallaşacaq bilik yarışının qaliblərinə kubok və medallar təqdim olunacaq.