Digər

Gəncədə evdə yanğın olub

Metbuat.az

[ 17 Aprel 2015 16:03 ]



Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində yaşayış evində yanğın baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Kəpəz rayonunda, Mirzağa Əliyev küçəsi, ev 11 də qeydə alınıb. Ümumi sahəsi 176 kvadratmetr olan birmərtəbəli 7 otaqlı kürsülü evin 2 otağının yanar konstruksiyaları 62 kvadratmetr sahədə yanıb. Hadisə yerinə cəlb edilən Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsinin səyi nəticəsində evin qalan hissəsi yanğından mühafizə olunub.