Ölkə

Gəncədə 13 min 630 nəfər ünvanlı sosial yardım alır

Metbuat.az

Gəncə, 5 aprel,

AZƏRTAC

Gəncədə 13 min 630 nəfər ünvanlı sosial yardım alir ki, bu da keçən illə müqayisədə 179 nəfər çoxdur.


Gəncə Şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktor müavini Bəyəli Xəlilovun

AZƏRTAC

-a verdiyi məlumata görə, bu ilin birinci rübü ərzində 900 ailə sosial yardım üçün mərkəzə müraciət edib ki, onlardan da 721 nəfəri təkrar müavinət almaq istəyənlərdir. O əlavə edib ki, dövlət başçısının Sərəncamına əsasən, bundan sonra vətəndaşlar bir dəfə sənəd təqdim etməklə 2 il müddətinə sosial yardım ala biləcəklər.