Digər

Gəncə sakini həyat yoldaşı və qayınanasını bıçaqlayıb

Metbuat.az

[ 03 Aprel 2015 16:53 ]



Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində kürəkən qayınanasını və həyat yoldaşını bıçaqlayıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə aprelin 3-də saat 14 radələrində şəhərin Kəpəz rayonu ərazisində baş verib. Şəhər sakini, 1984-cü il təvəllüdlü Fikrət Zaman oğlu İbadov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1994-cü il təvəllüdlü Aysel Ramiz qızı İbadovaya və qayınanası, 1978-ci il təvəllüdlü Əfsanə Namiq qızı Abbasovaya bıçaqla xəsarət yetirib. Yaralılar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.