Digər

Gəncə sakini evinin çardağından tapdığı silah-sursatı polisə təhvil verib

Metbuat.az

[ 08 Aprel 2015 13:06 ]



Bakı. Fuad Cəfərov - APA. Gəncə sakini  evinin çardağından silah-sursat tapıb.  

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Gəncə şəhərində yaşayan Bahar İsmayıllı evinin çardağından tapdığı 1 ədəd "AKSU" markalı silahı, 155 ədəd müxtəlif çaplı patronu və 4 ədəd patron darağını könüllü olaraq, Gəncə Şəhər Baş Polis İdarəsinə təhvil verib. Araşdırmalar zamanı evin əvvəllər İlqar Səfixanova məxsus olması müəyyən edilib