Ölkə
AZƏRTAC
Gəncə Dövlət Universitetində futzal yarışlarına start verilib
Gəncə, 20 aprel,
AZƏRTACÜmummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Gəncə Dövlət Universitetində futzal yarışlarına start verilib.
AZƏRTAC
xəbər verir ki, yarışlarda ali təhsil ocağının bütün fakültələrinin komandaları iştirak edirlər.
Yarışlara görkəmli dövlət xadiminin doğum günündə yekun vurulacaq və qaliblərə fəxri fərmanlar, qiymətli hədiyyələr təqdim olunacaq.