Digər
Gəncə dəmir yolu stansiyasından oğurluq etməkdə şübhəli bilinən şəxs tutulub
[ 18 Aprel 2015 20:06 ]
Bakı. Şəhriyar Əlizadə - APA. Gəncə dəmir yolu stansiyasından oğurluq etməkdə şübhəli bilinən şəxs tutulub.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 16-da Gəncə dəmir yolu stansiyasının ərazisində 6 ədəd transformatorun mis sarğılarını oğurlamış Gəncə şəhər sakini Əli Hümbətov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.