Gənc tədqiqatçıları Bakıda toplanacaqlar
Bakı, 4 aprel,
AZƏRTACAprelin 17-18-də Bakıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən, gənc tədqiqatçıların III Beynəlxalq elmi konfransı keçiriləcək.
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan
AZƏRTAC-a bildiriblər ki, konfransın təşkilinin məqsədi dünyanın müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri paylaşmaq, ortaq problemlərin müzakirəsi və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etmək , o cümlədən gənclərin elmə marağını artırmaqdır.
Konfransın işi “Mühəndislik elmləri”, “Təbiət elmləri”, “İqtisadiyyat elmləri”, “Filologiya elmləri”, “Tarix və hüquq” elmi istiqamətləri üzrə aparılacaq.
Ətraflı məlumatı institutun
www.ict.azsaytında əldə etmək olar.