Ölkə

Futbolçunun ayağı qırıldı

Metbuat.az

"Fənərbaxça"nın yarımmüdafiəçisi Miloş Krasiçin ayağı qırılıb.



ANS PRESS-in məlumatına görə, o, mövsümün sonuna qədər komandasına kömək edə bilməyəcək.



Serb futbolçu məşq zamanı sıradan çıxıb. Müayinə nəticəsində 30 yaşlı legionerin ayağında sınıq aşkarlanıb. Bərpa prosesi 2-3 ay davam edəcək.



Krasiç cari mövsümdə bir dəfə də olsun meydana çıxmayıb. O, klubun əvəzedici heyətində forma geyir.


Mənbə
ANS PRESS