Ölkə
AZƏRTAC
Fransız dilindən tərcümə edilmiş “1915-ci il erməni faciəsi” kitabının təqdimatı
Bakı, 22 aprel, İbrahim Əsədov,
AZƏRTAC
Aprelin 22-də Azərbaycan Dillər Universitetində (ADU) fransız dilindən Azərbaycan dilinə tərcümə edilmiş “1915-ci il erməni faciəsi” adlı kitabın təqdimatı olub.
AZƏRTAC
xəbər verir ki, kitabın müəllifi Fransa tarixçisi və hüquqşünası Jorj dö Malevildir.
Azərbaycan dilində çapdan çıxmış əsəri dilimizə Milli Məclisin deputatı, fəlsəfə doktoru Cavanşir Feyziyev tərcümə edib.
Təqdimat mərasimində ADU-nun prorektoru Vazeh Əsgərov, Milli Məclisin deputatları Musa Qasımlı, Fuad Muradov və digər çıxış edənlər ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri faciələrdən danışıblar.
Natiqlər təqdim olunan kitabla bağlı fikirlərini bildirib, əsərin əhəmiyyətindən bəhs ediblər.