Ölkə
Fransanın Azərbaycandakı səfiri Mingəçevirə səfər edəcək
[ 02 Aprel 2015 20:39 ]
Bakı. Cavid Zeynallı - APA. Fransanın Azərbaycandakı səfiri Paskal Mönye gələn həftə Mingəçevirə səfər edəcək.
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında səfir özü məlumat verib.
P. Mönye bildirib ki, məqsəd bölgə və Birinci Olimpiya Oyunlarına aparılan hazırlıqla tanış olmaqdır: "Səfər aprelin 6-da başlayacaq və iki gün ərzində görüşlər keçiriləcək, Mingəçevirlə Fransanın bölgələri arasında əməkdaşlıq, həmçinin ilk Avropa Oyunlarına hazırlıq müzakirə olunacaq".
P. Mönye Fransa nümayəndə heyətinin Оlimpiya Оyunlarında iştirak edəcəyini də diqqətə çatdırıb.