Dünya

Fransada tətil təyyarələrin uçuşunu iflic edib

Metbuat.az

Paris, 9 aprel,

AZƏRTAC

Fransada hava limanlarında təyyarələrin qəbul edilməsini və yola salınmasını təmin edən dörd min əməkdaşın iki günlük tətili uçuşları iflic edib.


Tətil nəticəsində ölkə daxilində Marsel, Tuluz, Lion, Strasburq və digər şəhərlərə aviareyslərin 50 faizi ləğv edilib, bir çox reyslər isə təxirə salınıb.


Hava limanı əməkdaşlarının hüquqlarını müdafiə edən həmkarlar təşkilatlarının mülki aviasiya idarəsi rəhbərliyi ilə apardığı danışıqlar bir nəticə verməyib.


Yaranan vəziyyət yüzlərlə sərnişinin hava limanlarında ilişib qalmasına səbəb olub.


Həmkarlar təşkilatları tətili aprelin 11-nə kimi davam etdirəcəkləri haqda hava yolları şirkətlərini xəbərdar edib.


Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris