Dünya
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
Fransada radio jurnalistlərinin tətili davam edir
Paris, 10 aprel,
AZƏRTACParisdə fəaliyyət göstərən Fransa Radio Evinin jurnalistlərinin tətili davam edir. Artıq 23-cü gündür tətil edən jurnalistlərə son günlər ölkənin müxtəlif regionlarında çalışan həmkarları da qoşulub.
Radionun əməkdaşları baş direktor Matyö Galletin dəyişməsi, sosial problemlərinin həll edilməsi və iş şəraitlərinin yaxşılaşdırılması tələblərini irəli sürüblər.
Jurnalistlərin hüquqlarını müdafiə edən həmkarlar təşkilatı ilə radio rəsmiləri arasında danışıqlar bir nəticə vermədiyindən onlar tətili hələlik aprelin 13-dək davam etdirəcəklərini bildiriblər.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris