Fransada qəzaya uğrayan A320 təyyarəsinin ikinci “qara qutusu” tapılıb
Bakı, 2 aprel,
AZƏRTACMartın 24-də Fransanın cənub-şərqində qəzaya uğramış Airbus A320 təyyarəsinin ikinci “qara qutusu” tapılıb. Bu haqda Marsel şəhərinin prokuroru Bris Roben məlumat verib.
AZƏRTAC
xarici KİV-ə istinadla xəbər verir ki, bu qutuda uçuşun parametrləri – hündürlük, təyyarənin uçuş sürəti, habelə onun sistemlərinin işi barədə məlumat toplanır. Ehtimallara görə, saatda 800 kilometr sürətlə dağa çırpılan təyyarənin ikinci “qara qutusu” ciddi şəkildə zədələnib. Belə ki, bir qədər əvvəl onun əzilmiş polad korpusu tapılmışdı.
Xatırladaq ki, təyyarənin qəzaya uğradığı gün tapılmış birinci “qara qutu”nun elektron yaddaşında pilotların danışığı və pilot kabinəsindəki səs-küy yazılmışdı. Qəzanı təhqiq edən komissiyaya rəhbərlik edən prokuror B.Robenin ötən həftə bəyan etdiyinə görə, bu səs yazıları təyyarənin ikinci pilot tərəfindən qəsdən qayalara tərəf yönəldildiyinə dəlalət edir.