Dünya
AZƏRTAC
Fransada məşhur Şove mağarasının replikası açılacaq
Bakı, 8 aprel,
AZƏRTACBu yaxınlarda Fransanın cənubunda məşhur Şove (“Grotte Chauvet”) mağarasının replikası açılacaq.
AZƏRTAC
Telegraph xəbər saytına istinadla bildirir ki, gələn həftə ölkə prezidenti Fransua Olland UNESCO-nun dünya mədəni irs siyahısına daxil edilmiş mağaradan bir qədər aralı yerləşən replikanın rəsmi açılışında iştirak edəcək. Aprelin 25-də replika ictimaiyyət üçün də açılacaq. Artıq ziyarətçilər üçün 40 min bilet satılıb.
Qeyd edək ki, mağara 1994-cü ildə üç həvəskar arxeoloq tərəfindən tapılıb. Buradakı rəsm əsərlərinin 36 min yaşı var. Tarixi əsərləri qorumaq üçün mağara elə həmin vaxtdan etibarən ictimaiyyətə qapalı elan edilib.