Dünya

Fransa gəmisi yenidən ABŞ-a doğru üzür

Metbuat.az

Fransanın “Ermion” gəmisi yenidən Atlantik okeanının sularındadır. ANS PRESS-in məlumatına görə, gəminin Amerika Birləşmiş Ştatların doğru istiqamət götürməsi Fort Vobon limanında atəşfəşanlıqla qeyd olunub.



Həvəskar gəmiçilərin 17 il müddətində ərsəyə gətirdikləri gəmi xarici görünüşünə görə “Ermion” gəmisinin əslindən fərqlənmir.



“Ermion” gəmisi 1780-ci ildə Amerika Birləşmiş Ştatlarında yerli əhali ilə Böyük Britaniya müstəmləkəçiləri arasında gedən döyüşlər zamanı amerikalılara kömək məqsədilə Fransadan Amerika Birləşmiş Ştatlarına yola düşmüşdü. Gəminin kapitanı general Jilber Lafayet idi.



Həvəskarlar gəmini ərsəyə gətirmək üçün 30 milyon dollar məbləğində pul xərcləyiblər.



Gəmi, plana görə, iyun ayında Amerika Birləşmiş Ştatları sahillərinə çatacaq. İyulun 4-ündə isə, Nyu York şəhəri limanında gəmidə Amerikanın müstəqillik günü qeyd olunacaq.



1780-ci ildə Lafayet həmin dönəmdə müstəqillik mübarizəsi aparan Corc Vaşinqtona hərbi qüvvə və silah-sursat gətirmişdi. Vaşinqton 3 il sonra müharibəni qələbə ilə başa vurdu.



Fransa prezidenti Fransua Oland “Ermion” gəmisini şah əsər adlandırmışdı.

Mənbə
ANS PRESS