İdman
Formula-1: Çin Qran Prisində zəfər Luis Hemiltonun oldu
Formula-1 üzrə mövsümün üçüncü yarışı olan Çin Qran Prisinə yekun vurulub.
Yarış Şanxay şəhərinin Beynəlxalq Şanxay Trasında keçirilib. Metbuat.az-ın xəbərinə görə, "Mersedes" pilotu Luis Hemilton hamıdan sürətli olub və cari mövsümdəki ikinci zəfərini qazanıb. Onun komanda yoldaşı Niko Rosberq ikinci olub. "Ferrari" pilotu Sebastyan Fettel isə üçüncülüklə kifayətlənib.
Üç yarışdan sonra aktivində 68 xalı olan Luis Hemilton sürücülərin çempionatında liderdi. Konstruktorların sıralamasına isə "Mersedes" başçılıq edir.