Dünya

Forbes: "Poroşenko Putinə Donbası təklif edib"

Metbuat.az

Rusiyanın Sənayeçilər və Sahibkarlar İttifaqının idarəetmə bürosunun qapalı görüşündə

Vladimir Putin

deyib ki, Ukrayna prezidenti

Pyotr Poroşenko

Donbası götürməyi təklif edib.



Milli.Az xəbər verir ki, bu barədə Forbes jurnalı məlumat yayıb.



Jurnalın məlumatına görə, Poroşenko belə bir təklifi fevralın 11-12-də Minskdə keçirilən görüş zamanı təklif edib.



"O, (Poroşenko - Milli.Az) mənə birbaşa dedi: "Donbası götürün. Mən isə cavab verdim: "Mənə Donbas lazım deyil. Əgər sizə də lazım deyilsə, onun müstəqilliyini elan edin", - Putin deyib.



Milli.Az