Ölkə
AZƏRTAC
Fiziki və texniki terminlərin tərtibatı ilə əlaqədar işlər yerinə yetirilir
Bakı, 6 aprel,
AZƏRTACAzərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun ensiklopediya və terminologiya şöbəsində fiziki və texniki terminlərin Azərbaycan əlifbası üzrə tərtibatı ilə əlaqədar işlər yerinə yetirilir.
AZƏRTAC
xəbər verir ki, Azərbaycan əlifbası üzrə 500 termindən ibarət tərtibat vikipediya üçün hazırlanıb təhvil verilib. Kitab kimi nəşr olunmaq üçün onun daha geniş formada elektron variantı hazırlanır.