Dünya

Finlandiya parlamentinə keçirilən seçkilərdə mərkəzçilər qalib gəlib

Metbuat.az

Bakı, 20 aprel,

AZƏRTAC

Finlandiyada növbəti parlament seçkiləri keçirilib. Seçkilərin yekununa görə müxalifətçi “Mərkəz” partiyası qələbə qazanıb.


AZƏRTAC

Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, ilkin məlumatlara əsasən mərkəzçilər seçicilərin 21,5 faiz səsini toplaya bilib. Beləliklə də onlar parlamentdə 200 yerdən 49-na sahib olacaqlar. İkinci yerdə isə 17 faiz səs toplayaraq 38 mandat qazanan Milli Koalisiya partiyası gəlir. Üçlüyü isə finlərin 17,6 faizinin etimad göstərdiyi və parlamentdə 37 yerlə təmsil olunacaq “Əsl finlər” partiyası qapayır.


Səkkiz il ölkəyə rəhbərlik edən “Mərkəz” partiyası 2011-ci ildə parlament seçkilərində Yurki Kataynenin başçılıq etdiyi Milli Koalisiya partiyasının qələbəsindən sonra müxalifətə keçmişdi. Keçən ilin yay aylarında öz postunu tərk edərək Avropa İttifaqının strukturlarına keçən Katayneni Baş nazir postunda Aleksander Stubb əvəzləmişdi. Bundan sonra isə hökumət başçısı postunu çox güman ki, mərkəzçilərin lideri Yuxa Sipilya tutacaq.