İdman

"FIFA “Xəzər Lənkəran”a rəsmi məktub göndərib" - AFFA

Metbuat.az

Bosniyalı futbolçu Veldin Muharemoviçin şikayətinə əsasən, FİFA-nın “Xəzər Lənkəran”ı cəzalandırması xəbəri doğrudu. Klub hər nə qədər iddiaları rədd etsə də, onlara hər hansı məktub gəlmədiyini bildirsə də, sanksiya var.


Bu gün AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Mikayıl Nərimanoğlu futbolinfo.az-a açıqlamasında xəbəri təsdiqləib: “2014-cü ilin sonunda FİFA bizə və kluba “Xəzər Lənkəran”a rəsmi məktub göndərib. Biz də öz növbəmizdə həmin məktubu kluba ünvanlamışıq. Məktubun mətnini məxfi olduğu üçün açıqlaya bilmərik, bunu yalnız klub edə bilər”.


Fanat.az