Digər
Fidel Kastro nəhayət ki, göründü
Kubanın sabiq lideri Fidel Kastro son 14 ayda ilk dəfə olaraq ictimaiyyət qarşısına çıxıb.
Milli.Az Associated Press-ə istinadən bildirir ki, Granma qəzetinin saytında Kuba inqilabının 88 saylı liderinin maşında oturduğu vəziyyətdə fotoları yayılıb.
Əfsanəvi Komandante Venesueladan gəlmiş nümayəndə heyətinin üzvləri ilə danışıb.
Fidel Kastro Kubanı 48 il idarə edəndən sonra 2006-cı ildə səhhəti pisləşdiyi üçün hakimiyyəti tərk edib.
Kubanı indi Komandantenin kiçik qardaşı Raul Kastro idarə edir.
Milli.Az